Real ulduz futbolçunu göndərir 100 milyonluq transfer

16.01.2025

Metbuat saytına istinadən Icma.az xəbər verir.

“Real Madrid” rəhbərliyi Aurelien Tşouameninin klubdan getməsinə razılıq verib.

Metbuat.az xəbər verir ki, mövsümün sonunda sərfəli təklif gələcəyi təqdirdə klub futbolçunun transferinə razılıq verəcək. İddia edilir ki, “Real” 80 milyon avroya heyətinə qatdığı Tşouameninin performansından razı deyil. Onun transfer dəyərinin 100 milyon avro civarında olduğu bildirilir. İddialara görə, “Liverpul” klubu futbolçu ilə maraqlanır. Bundan əvvəl, “Real”ın futbolçunu “Liverpul”un yarımmüdafiəçisi Rayan Qravenberçlə mübadilə edə biləcəyi barədə xəbərlər dərc edilmişdi. Bildirilir ki, "Liverpul" forması ilə uğurlu çıxış edən Rayan Qravenberç "Real Madrid"in transfer siyahısındadır. Futbolçunun transfer dəyərinin 40 milyon avro olduğu bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью