Real ulduz futbolçunu yenidən hədəfə aldı

12.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

"Real" "Çelsi" klubunun yarımmüdafiəçisi Koul Palmerlə maraqlanır.

Publika.az xəbər verir ki, ingilis futbolçu Madrid klubunun marağına heyran olub. O, "Çelsi"ni İspaniya nəhənginə dəyişməyə qərar verib.

"Real" daha əvvəl "Çelsi"nin 200 milyon avroluq qiymətinə görə, transferdən imtina edib. Lakin Palmerin klubdan ayrılmaq istəməsi səbəbindən vəziyyət dəyişə bilər.

2024/25 mövsümündə Koul klub səviyyəsində 17 oyun keçirib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun dəyərini 90 milyon avro olaraq qiymətləndirir.

Heybət

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью