“Real” ulduzunu satışa çıxardı

19.11.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Real Madrid" rəhbərliyi ingilis müdafiəçi Trent Aleksandr-Arnold ilə bağlı gələcək sərfəli transfer təkliflərini nəzərdən keçirməyə hazırdır.

“Yeni Sabah” xəbər verir ki, komandanın baş məşqçisi Joze Mourinyo heyət planlamasında sağ cinah müdafiəsi mövqeyini Federiko Valverde və Denzel Dumfris ilə qurmağa daha çox üstünlük verir.

Portuqaliyalı mütəxəssisin bu yanaşması nəticəsində 28 yaşlı Aleksandr-Arnold əsas heyətdəki yerini itirərək həmin mövqedə üçüncü seçim vəziyyətinə düşüb. ShopByBro

Oyun praktikasının azalması futbolçunun cari mövsümdəki statistik göstəricilərində də öz əksini tapıb. Trent Aleksandr-Arnold bu mövsüm "Kral klubu"nun heyətində cəmi 8 oyunda meydana çıxıb. Onlardan yalnız 5-də start heyətində yer alan müdafiəçi ümumilikdə 435 dəqiqə meydanda olub. Klub rəhbərliyi futbolçunu məcburi şəkildə komandadan göndərməyə çalışmasa da, qış transfer pəncərəsində münasib maliyyə təklifi gələcəyi təqdirdə danışıqlara açıq olacaq.

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью