Real Van Deykə yox deyib İdman və Biz

06.01.2025

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Real" niderlandlı futbolçu Virgil van Deykin transferindən imtina edib.

İdman.biz xəbər verir ki, "Liverpul"un müdafiəçisi Madrid klubuna təklif olunub.

"Qırmızılar"la müqaviləsi mövsümün sonunda başa çatacaq Virgilin "Real"a keçməsi gündəmə gəlib. Onun menecerləri İspaniya təmsilçisi ilə danışıqlar aparsalar da, madridlilər bu təklifə müsbət yanaşmayıblar.

Qeyd edək ki, Van Deyk 2018-ci ildən "Liverpul"da çıxış edir. 33 yaşlı müdafiəçi 2024/2025 mövsümündə 25 oyunda 2 qol və 1 ötürmə ilə yadda qalıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью