Icma.az, Apasport portalına istinadən məlumat verir.
İspaniyanın "Real" klubu müdafiəçisi Lukas Vaskeslə yolları ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı futbolçu ilə vida mərasimi iyulun 17-də baş tutacaq.
Arxa xətt oyunçusu "Real"ın yetirməsidir. O, kluba 2007-ci ildə 16 yaşında qoşulub və aşağı yaş qruplarından ibarət bütün komandalarda çıxış edib.
Daha sonra icarə əsasında "Espanyol"a gedən futbolçu 2015-ci ilin sentyabrında yenidən "Real"ın düşərgəsinə qayıdıb və əsas komandaya qoşulub.
PFL və AFFA idman jurnalistləri arasında intellektual yarış keçirib Bakıda taekvondo millisinin üzvlərinin nümunəvi çıxışları baş tutub "Zirə" Türkiyədə növbəti yoxlama matçını keçirəcək - YENİLƏNİR "Karvan"ın baş məşqçisi müəyyənləşib "Optimal idman formasına düşmək üçün bir az vaxt lazımdır" - Qurbanov