Real və Arsenal ın transfer savaşı

01.04.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

"Real" "Real Sosyedad"da çıxış edən Martin Subimendinin transferində maraqlıdır.

İdman.biz xəbər verir ki, madridlilər 26 yarımmüdafiəçinin yaxınları ilə ilkin görüş keçiriblər.

Onlar yayda Subimendini komandanın heyətinə cəlb etmək arzusundadırlar. Amma Martinlə "Arsenal" da yaxından maraqlanır. Hətta London təmsilçisinin futbolçunun müqaviləsindəki 60 milyonluq sərbəst qalma məbləğini ödəməyə hazır olduğu bildirilib.

Qeyd edək, İspaniya yığmasının yarımmüdafiəçisi bu mövsümdə 39 qarşılaşmada 2 qol və 2 ötürmə ilə yadda qalıb. Onun "Real Sosyedad"la 2027-ci ilin yayına kimi müqaviləsi var.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью