“Real” və PSJ “Liverpul”un müdafiəçisi ilə maraqlanır

27.02.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

“Liverpul”un müdafiəçisi İbrahima Konate yayda komandanı tərk edə bilər.

Apasport.az xəbər verir ki, futbolçu ilə “Real Madrid” və PSJ yaxından maraqlanır.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Mersisayd təmsilçisi ilə müqaviləsi 2026-cı ildə başa çatacaq oyunçu, hələki Premyer Liqa komandası ilə yeni razılaşma əldə etməyib.

Xatırladaq ki, fransalı müdafiəçi 2021-ci ildə “Leypziq”dən 40 milyon avro qarşılığında “Liverpul”a transfer olmuşdu.

26 yaşlı Konate bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində çıxış etdiyi 30 rəsmi matçda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

İkinci Liqada ilin ilk oyunları keçiriləcək "Real"ın yarımmüdafiəçisi zədələnib Günün canlı yayımlanacaq oyunları AFFA-nın prezidenti Byorn Kuyperslə görüşüb PFL-dən açıqlama: "Hər şey nəzarət altındadır"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью