“Real” və PSJ ona “elçi düşdü”

08.09.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniyanın “Bavariya” klubunun və Fransa milli komandasının 24 yaşlı cinah hücumçusu Maykl Olise avropalı nəhənglərin diqqət mərkəzində qalmaqda davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məşhur türkiyəli insayder Əkrəm Konur “X” hesabında paylaşım edib.

Bildirilib ki, Fransanın PSJ və İspaniyanın “Real Madrid” klubları ulduz futbolçunun transferi üçün hərəkətə keçməyə hazırlaşırlar.

Məlumata görə, hər iki nəhəng klub qış transfer pəncərəsi açılan kimi mühüm addımlar atmağı planlaşdırır. Lakin “Bavariya” heyətin əsas simalarından olan Oliseni asanlıqla buraxmaq niyyətində deyil. Münhen təmsilçisi fransalı vingerin transfer qiymətini 200-230 milyon avro civarında dəyərləndirir.

Qeyd edək ki, Olise cari mövsümdə “Bavariya”nın heyətində keçirdiyi 3 rəsmi oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun Almaniya klubu ilə qüvvədə olan müqaviləsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью