Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Real Madrid”də Vinisius Juniorun karyerası ilə bağlı qeyri-müəyyənlik yaranıb.
Metbuat.az xəbər verir ki, Madrid təmsilçisi braziliyalı futbolçu ilə yeni müqavilə bağlamağın çətin olacağını düşünür. İnsayder-jurnalist Ramon Alvaresin məlumatına görə, klub prezidenti Florentino Peres oyunçunun tələblərinə müsbət yanaşsa da, hazırda bu addımı atmağa hazır deyil.
Klubda hesab edirlər ki, yay transfer dövründə Vinisiusa yüksək məbləğ təklif etməyə hazır olan klub ola bilər.
Qeyd edək ki, 2018-ci ildən “Real Madrid”də çıxış edən 25 yaşlı hücumçunun müqaviləsi 2027-ci ildə yekunlaşır.