Real Vinisius Juniorun əvəzinə Niko Uilyamsı transfer edə bilər

01.04.2025

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Real" futbolçusu Vinisius Junior komandadan ayrılacağı təqdirdə "Atletik"də çıxış edən İspaniya millisinin üzvü Niko Uilyamsın transferini nəzərdən keçirəcək.

Bakıvaxtı.az "Todofichajes"ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin prezidenti Florentino Peres braziliyalı vingeri satmaq istəməsə də, Səudiyyə Ərəbistanından gələcək 300 milyon avroluq təkliflər nəzərdən keçirilə bilər.

Uilyamsın sərbəstqalma məbləği 58 milyon avrodur. Bu da "Kral klubu" üçün kifayət qədər sərfəlidir.

Qeyd edək ki, 22 yaşlı futbolçu 33 oyunda 11 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью