Real Vinisius Juniorun satış qiymətini müəyyənləşdirib

11.11.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Real" hücumçusu Vinisius Junior ilə yollarını ayırmağa hazırdır. Sport24.az xəbər verir ki, bu barədə insayder Saşa Tavoyeri X sosisal şəbəkə hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, madridlilər artıq braziliyalı üçün qiymət də təyin edib. "Real" 25 yaşlı futbolçu üçün 150 milyon avroluq təklif alarsa Vinisiusu satmağa hazırdır.

Vinisiusun gələn mövsüm "Real"da oynamayacağı ehtimal olunur. Buna səbəb brazliyalı ilə baş məşqçi Xabi Alonso arasında yaşanan fikir ayrılığıdır. Alonso futbolçunu tez-tez ehtiyat oyunçular skamyasında saxlayır.

Qeyd edək ki, "Kral klubu" Vinisiusu 2018-ci ildə "Flamenqo"dan 45 milyon avroya alıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью