Real Vinisiusla müqavilə yeniləyəcək

30.06.2025

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Real Madrid” komandanın ulduz futbolçusu Vinisius Juniorla müqaviləni yeniləməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, “kral klubu” hazırda ABŞ-da keçirilən Klublararası Dünya Çempionatı başa çatdıqdan sonra braziliyalı vingerlə 2030-cu ilədək nəzərdə tutulan yeni müqavilə imzalayacaq.

Qeyd edək ki, 24 yaşlı Vinisius Junior 2018-ci ildən “Real Madrid”in şərəfini qoruyur. O, bu müddət ərzində komandada 319 rəsmi oyuna çıxaraq 106 qol və 83 məhsuldar ötürmə ilə yadda qalıb.

“Çelsi” “Brayton”un hücumçusu ilə razılığa gəldi Montella ilə müqavilə yeniləndi - RƏSMİ "Atletiko"da növbəti ayrılıq - RƏSMİ "Yuventus"dan Premyer Liqaya İspaniya millisinin üzvü "Atletiko"nu tərk etdi - RƏSMİ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью