Real Vinisiusun tələbini rədd etdi

10.07.2026

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Real Madrid" rəhbərliyi Vinisius Juniorun yeni müqaviləsi ilə bağlı mövqeyini sərtləşdirib.

Metbuat.az xəbər verir ki, Madrid təmsilçisi braziliyalı futbolçuya təqdim etdiyi yeni müqavilə üzrə yekun qərarını verməsini tələb edib. Klubun təklifində maaş artımı nəzərdə tutulmayıb. Məlumata görə, Vinisius hazırkı qazancının artırılmasını istəyir və yeni müqaviləyə yalnız daha yüksək məvacib qarşılığında imza atmağa hazırdır. Lakin "Real Madrid" rəhbərliyi bu tələbi qəbul etmək niyyətində deyil. İddialara görə, tərəflər arasında razılıq əldə olunmasa və Vinisius daha yüksək maaş tələbində israr etsə, "Real Madrid" onu transfer siyahısına çıxarmağa hazırdır.

Qeyd edək ki, Vinisius Juniorun "Real Madrid"ləmüqaviləsi 2027-ci ildə yekunlaşır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью