“Real” Xabi Alonsoya görə “Bayer”ə təzminat ödəyəcəkmi?

14.05.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Real" Leverkuzen "Bayer"inin baş məşqçisi Xabi Alonsonun mümkün keçidi üçün heç bir ödəniş etməyəcək. 

QOL.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Almaniya klubu ispaniyalı mütəxəssisin müqaviləsinin başa çatmasına bir il qalmış ayrılmasına razılıq verib. Beləliklə, Madrid təmsilçisi bu keçid üçün təzminat ödəməyəcək. Son illərdə “kral klubu” tez-tez təzminat ödəmədən böyük transferləri reallaşdırmağa üstünlük verir.

Qeyd edək ki, daha öncə "Bayer"in mətbuat xidməti baş məşqçi Xabi Alonsonun mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью