Real yarımmüdafiəçiyə görə Nottingem Forest in elçi daşı nın üstündə oturub

14.11.2025

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Anderson tezliklə klubunu dəyişməyə hazırlaşır. Sport24.az "Defensa Central"a istinadən xəbər verir ki, "Real" 23 yaşlı futbolçunun transferi üçün İngiltərə klubuna müraciət edib.

Şayiələrə görə, "Real"dan başqa bir neçə ingilis klubu da Andersonun xidmətində maraqlıdır. Potensial namizədlər arasında "Mançester Yunayted", "Mançester Siti" və "Nyukasl"ın adı çəkilir. 

"Nottingem Forest"in rəhbərliyi Andersonu 115 - 130 milyon avro arasında satmağa hazırdır. 

Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 14 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью