Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Real Madrid” mərkəz hücumçu mövqeyinə yeni futbolçu transfer etmək üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, “Real” mərkəz möqveyi üçün bir sıra futbolçuları nəzərdən keçirir. İspaniyanın “El Chiringuito” proqramına görə, “Real”ın məşqçisi Xabi Alonso 4-3-3 sxemində oynaya biləcək futbolçunun transferi üçün təlimat verib. Bildirilir ki, hazırda “Real”ın heyətində mərkəz hücumçu mövqeyində oynaya bilən Endrik var. Lakin onun təcrübəsi Alonsonu razı salmır.
Qeyd edək ki, bu mövsüm “Real”ın klassik hücumçu mövqeyində Mbappe çıxış edib.