Real Yuventus un futbolçusuna göz dikib

08.10.2025

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

“Real” “Yuventus”un müdafiəçisi Bremerlə maraqlanır.

"Football-plus.az" xəbər verir kiz braziliyalı futbolçu madridlilərin baş skautu Yuni Kalafatın siyahısındadı. Sadəcə, onun qiyməti “kral klubu”na potensial transfer yolunda maneə ola bilər.
“Yuventus” Bremeri 60 milyon avro dəyərində qiymətləndirir. Lakin “Real” 28 yaşlı müdafiəçi üçün o qədər də pul ödəməyə hazır deyil. Qeyd olunur ki, İngiltərə klubları "Yuventus"a tələb olunan qiyməti ödəyə bilərlər. Bu mövsüm Bremer bütün turnirlər üzrə beş matçda meydana çıxıb, iki məhsuldar ötürmə verib.
Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında müdafiəçinin bazar dəyəri 50 milyon avrodu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью