“Real”a göz yaşları içində vida etdi Foto

24.05.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Real Madrid” baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 38-ci turunda “Real Sosyedad”la oyunda (2:0) “kral klubu”nun “sükanı arxası”nda son matçına çıxıb.

“Qafqazinfo” xəbər verir ki, italiyalı mütəxəssis vida oyununda göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, Ançelotti 2021-ci ildən Madrid təmsilçisini çalışdırırdı. O, 2013-2015-ci illərdə də kluba rəhbərlik edib.

Karlo ümumilikdə qazandığı 15 titulla “Real” tarixinin ən uğurlu baş məşqçisi hesab olunur. İtaliyalı mütəxəssisin yeni iş yeri Braziliya millisi olacaq.




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью