“Real”a qarşı qələbə həmişə xüsusi olur”

29.01.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Benfika”nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasında “Real”a qalib gəldikləri oyunu şərh edib.

Futbolpress.az “Record” nəşrinə istinadən xəbər verir ki, mütəxəssis 4:2 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:

“Daha əvvəl də son dəqiqə qolları ilə qazandığımız oyunlar olub. Lakin bu dəfə fərqli idi. Hər şey bu matçdan asılı idi və son dəqiqələrdə nəyisə dəyişmək, risk etməli idik.

“Real”a qarşı qələbə həmişə xüsusi olur. Çempionlar Liqasındakı taleyimizdən asılı olmayaraq, bu, tarixi qələbədir”.

“Benfika” Liqa mərhələsini 24-cü sırada bitirib və pley-offa vəsiqə qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью