Icma.az, Publika.az portalına istinadən məlumat yayır.
"Real"ın müdafiəçisi David Alaba bir ildən sonra ilk dəfə dekabrın 30-da Madrid komandasının ümumi qrupu ilə məşqlərə başlayacaq.
Publika.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
32 yaşlı avstriyalı çarpaz diz bağlarından aldığı zədəni tam sağalıb. O, dekabrın 30-da komanda ilə məşqlərə başlayacaq.
Alaba ötən dekabr ayından bəri meydana çıxmayıb.
Qeyd edək ki, "Real" növbəti oyununu yanvarın 3-də İspaniya çempionatı çərçivəsində "Valensiya"ya qarşı keçirəcək.
Heybət