Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
İspaniyanın “Real” klubunda sentyabrın ən yaxşı futbolçusu məlum olub.
Futbolpress.az xəbər verir ki, mükafata Arda Güler layiq görülüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Arda matçlarda nəticəyə təsir edəcək həlledici oyununa görə fərqlənib.
Türkiyəli yarımmüdafiəçi bu mövsüm La Liqada ümumilikdə 7 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.