Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.
“Real” Çempionlar Liqasının 1/4 final mərhələsinin “Arsenal”la ilk oyununa itkilərlə çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubunun 6 futbolçusu – Andrey Lunin, Dani Karvahal, Dani Sebalyos, Ferlan Mendi və Eder Militao zədə səbəbindən görüşdə çıxış edə bilməyəcək. Orelyen Çuameni isə cəzalı olduğu üçün sabahkı matçda forma geyinə bilməyəcək.
Aprelin 8-də keçiriləcək “Arsenal” – “Real” matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.