Realda ciddi itki: 1 ay oynamayacaq

06.11.2024

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib. Spor24.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Orelyen Çuameni sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı futbolçu Çempionlar Liqası Liqa fazasının 4-cü turunun "Milan"la matçında ayağından zədə alıb. 24 yaşlı orta xətt oyunçusunun 1 ay yaşıl meydanlardan uzaq qalacağı ehtimal edilir.

Qeyd edək ki, Orelyen Çuameni bu mövsüm "Real"ın heyətində 15 rəsmi matçda meydana çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью