Realda ciddi itki: Zədəlilərin sayı 7yə çatdı

28.11.2024

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa UEFA Çempionlar Liqasının 5-ci tur çərçivəsində "Liverpul"la baş tutan matçda aldığı zədə səbəbindən bir müddət meydana çıxa bilməyəcək.

Publika.az xəbər verir ki, 56-cı dəqiqədə ayaq əzələsini dartan fransalı futbolçu meydanı tərk etmək məcburiyyətində qalıb. Tibbi müayinələrdən sonra onun 3 həftə oynaya bilməyəcəyi müəyyənləşib.

Mənbənin sözlərinə görə, yarımmüdafiəçi futbol üzrə İspaniya çempionatının 4 oyununu və Çempionlar Liqasının 6-cı turunun “Atalanta” ilə matçını buraxacaq.

Kamavinqa mövsümün əvvəlini ciddi bağ zədəsi səbəbilə buraxmalı olub. Buna görə o, cəmi 9 oyun keçirib.

Qeyd edək ki, "Real"da Kamavinqadan başqa daha 6 futbolçu - Vinisius Junior, Rodriqo Qoes, Eder Militao, Daniel Karvaxal, David Alaba və Orelyen Çuameni zədədən əziyyət çəkir.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью