futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Real” baş məşqçisi Alvaro Arbeloa ilə yollarını ayıra bilər.
Futbolpress.az xəbər verir ki, klub rəhbərliyi bu ay komandaya təyinat alan mütəxəssisin işindən narazıdır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
“Real” Arbeloanı göndərsə, onun yerinə Unay Emerini (“Aston Villa”) gətirməyə çalışacaq.
“Real” Çempionlar Liqasında dünən “Benfika”ya uduzub – 2:4.