Realda gözlənilməz ayrılıq

04.12.2024

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Real"ın hücumçusu Vinisius Junior Madrid təmsilçisini tərk edə bilər.

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, bu barədə Jurnalist Romain Molinanın öz sosial şəbəkə hesabında informasiya yayıb.

Məlumata görə, Vinisius həqiqətən də karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istəyir. Braziliyalının özü son aylarda ona təklif olunan məbləğlərlə çox maraqlanır. "Real" forvardı satmağa razı olsa, futbol tarixində ən böyük məbləğini qazanacaq.

Bundan əvvəl Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun vinger ilə ciddi maraqlandığı barədə məlumatlar yayılıb.

"Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 200 milyon avrodur.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью