“Real”da hansı dəyişikliklər gözlənilir?

11.04.2025

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

“Real”ın Çempionlar Liqasının 1/4 finalının ilk oyununda “Arsenal”a 0:3 hesabıyla uduzması rəhbərliyi komandada bir sıra dəyişikliklər etməyə vadar edir.
İspaniya klubu mövsümün sonunda bir neçə üzvü ilə yolları ayıracaq. İspaniyalı jurnalist Roberto Qomesin məlumatına görə, Madrid klubu ilk növbədə baş məşqçi Karlo Ançelottini istefaya göndərəcək. Rəhbərliyi italiyalı mütəxəssisi növbəti mövsüm üçün yenidən qurulacaq komandanın başında görmür.
Xəbərdə həmçinin bildirilib ki, “Real” 4 futbolçu ilə də vidalaşacaq. Komandanı tərk edəcək oyunçular Luka Modriç, Lukas Vaskes, David Alaba və Fran Qarsiyadı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью