“Real”da iki oyunçu qırmızı vərəqə aldı, öz evində uduzdu Video

08.12.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


İspaniya çempionatının XVI turu çərçivəsində “Real Madrid” doğma meydanında “Selta Viqo” ilə qarşılaşıb.
Yeniavaz.com
xəbər verir ki, “Kral klubu” azarkeşlərinin önündə 0:2 hesabı ilə məğlub olub.
Qonaqların qollarını 53 və 90+3-cü dəqiqələrdə Uilliot Svedberq vurub.
Meydan sahiblərinin heyətində Fran Qarsiya (64) və Alvaro Karreras (90+2) qırmızı vərəqə ilə cəzalandırılıblar.
Qeyd edək ki, hazırda Laliqaya 40 xalla “Barselona” liderlik edir. “Real Madrid” 36 xalla ikinci, “Selta Viqo” isə 19 xalla onuncu pillədə qərarlaşıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью