“Real”da “Liverpul” oyunu öncəsi ciddi itkilər İdmanXəbər

18.11.2024

Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.

“Real” klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda qarşılaşacağın“Liverpul”la matça ciddi itkilərlə çıxa bilər.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubunun üzvləri David Alaba, Dani Karvahal, Eder Militao, Orelyen Çuameni, Rodriqo və Lukas Vaskes hazırda zədədən əziyyət çəkir. Onların yaşıl meydanlara nə vaxt qayıdacağı barədə məlumat verilməyib.

Belçikalı qapıçı Tibo Kurtua isə sağalaraq komandaya dönüb. 

Qeyd edək ki, “Liverpul” – “Real” oyunu noyabrın 28-də, saat 00:00-da start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью