“Real”da növbəti itkilər

11.11.2024

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Real"ın daha iki futbolçusu zədə üzündən ən azı 1 ay yaşıl sahələrdən kənarda qalacaq.
Bizim.Media xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Tibbi müayinələrdən sonra "Osasuna" ilə görüşün 1-ci hissəsində meydanı tərk edən Rodriqoya sağ ayağı budunun düz əzələsinin zədələnməsi diaqnozu qoyulub. Həmin oyunun fasiləsində əvəzlənən Lukas Vaskes isə sol ayağının uzun əzələsindən zədə alıb. Hər iki futbolçu təxminən bir ay meydana çıxa bilməyəcək.
Qeyd edək ki, bu mövsümdə zədələrdən əziyyət çəkən Madrid klubunun fiziki hazırlıq üzrə məşqçisi Antonio Pintus tənqidlərlə üzləşib.
Rəşad Rafiqoğlu, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью