Realda şok ayrılıq ola bilər

08.11.2024

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Belçikalı qapıçı Tibo Kurtua İspaniyanın "Real" klubundan ayrıla bilər.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa təmsilçisi PSJ 32 yaşlı qolkiperi transfer etmək istəyir.

Paris klubu Canluici ilə yollarını ayırıb daha təcrübəli qapıçı axtarmağa başlayıb. Bu səbəbdən Fransa klubu "Real"ın əsas qolkiperi üçün böyük məbləğ ödəməyə hazırdır

Qeyd edək ki, belçikalı qapıçı 2024/2025 mövsümündə "Real"ın heyətində 12 oyun keçirib. O, bu müddətdə 10 qol buraxıb, dörd matçda isə qapısını toxunulmaz saxlamağı bacarıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью