Realda ŞOK AYRILIQ yaşana bilər

29.04.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

İspaniyanın "Real" klubu yay transfer dönəmində futbolçusu Rodriqo ilə yollarını ayıra bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "El Chiringuito TV" məlumat yayıb.

Paytaxt təmsilçisi 24 yaşlı vinger üçün yaxşı təklif gələcəyi təqdirdə onunla vidalaşacaq. Braziliyalı oyunçunun ümidləri doğrultmadığı bildirilib.

Qeyd edək ki, Rodriqo 2019-cu ildən "Real"ın formasını geyinir. O, "Kral klubu"nun heyətində 267 matçda 68 qol, 50 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью