Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Real” qapıçısı Tibo Kurtua ilə müqaviləni uzadacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər razılığa gəlib və yaxın zamanda rəsmi açıqlama veriləcək.
Kurtua ilə “Real” arasında 1 illik anlaşma imzalanacaq.
Belçikalı qolkiper 2018-ci ildən Madrid klubunda forma geyinir. O, bu mövsüm La Liqada 9 oyuna çıxıb.