“Real”da yeni rekordçu oldu

17.04.2025

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Vinisius Junior “Real”da yeni rekordun müəllifi olub.

Çempionlar Liqasının 1/4 final mərhələsinin “Arsenal”la cavab oyununda (1:2) qol vuran hücumçu klubun tarixinə ən məhsuldar braziliyalı futbolçu kimi düşüb.
O, Madrid klubunda bütün turnirlərdə 105-ci qolunu vurub. Vinisius bununla da 104 qol vuran həmyerlisi Ronaldonun rekordunu yeniləyib.
“Real”da 2018-ci ildən çıxış edən 24 yaşlı futboloçu bu mövsüm ümumilikdə 45 oyuna 20 qol vurub və 14 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью