Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Real” (Madrid) yoldaşlıq görüşündə səfərdə Gelzenkirxen “Şalke”sini inamlı hesabla məğlub edib.
Futbolpress.az xəbər verir ki, qarşılaşma “Kral klubu”nun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Madridlilərin heyətində Kilian Mbappe (6-cı dəqiqə), Din Heysen (20-ci dəqiqə) və Karlos Espi (57-ci dəqiqə) fərqləniblər.
“Real” növbəti matçını avqustun 22-də La Liqa çərçivəsində “Espanyol”a qarşı keçirəcək. “Şalke” isə avqustun 24-də Almaniya Kubokunda “Halleşer”lə üz-üzə gələcək.