“Real”dan almaniyalı futbolçuya yeni müqavilə İdmanXəbər

02.01.2025

Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.

“Real” müdafiəçisi Antonio Rüdigerlə hazırkı müqaviləni uzatmağa ümid edir.

İdmanxeber.az xəbər verir ki, “kral klubu” almaniyalı futbolçuya 2028-ci ilə qədər olan müqavilə təklif etmək istəyir. Hazırkı sözləşmənin müddəti 2026-cı ilin yayında bitəcək.

31 yaşlı müdafiəçi 2022-ci ildən “Real”da çıxış edir. O, əvvəllər “Çelsi”, “Roma” və “Ştutqart”ın rənglərini qoruyub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью