Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Braim Dias gələn il klubunu dəyişə bilər.
"Football-plus.az" xəbər verir ki, “Real”ın yarımmüdafiəçisinin karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək şansı var.
“OK Diario”nun məlumatına görə, ərəblər futbolçuya 4 illik müqaviləyə görə ümumilikdə 120 milyon avro (illik 30 milyon avro) qazanc vəd edirlər.
Xəbərdə futbolçunun gələcəyi ilə bağlı yekun qərarı dünya çempionatından sonra verəcəyi qeyd olunur. “Real” rəhbərliyi Braimi komandada saxlamaq istəsə də, onun oyun təcrübəsinin azlığı klubdan ayrılıq ehtimalını artırır.