“Real”dan azad agent kimi ayrılacaq

03.03.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

“Real”ın futbolçusu Xesus Valyexo uzun müddətə sıradan çıxıb.

İnsayder Fabritsio Romanonun məlumatına görə, ispaniyalı müdafiəçi bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Madrid klubunun rəhbərliyi xroniki əzələ zədələrinə görə onunla yolları ayırmaq niyyətindədi. 28 yaşlı müdafiəçinin müqaviləsinin müddəti yayda sona çatacaq və o, klubu azad agent statusunda tərk edəcək.
Xesus “Real”a 2015-ci ildə “Saraqosa”dan transfer olunub. O, bu mövsüm komandada 1 oyun keçirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью