“Real”dan “Benfika”ya keçə bilər

04.10.2025

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Braim Dias tezliklə klubunu dəyişə bilər.

“Real”ın futbolçusunu “Benfika” heyətinə qatmaq istəyir. İspaniya mətbuatının yaydığı xəbərə görə, lissabonluları çalışdıran Joze Mourinyo rəhbərlikdən 26 yaşlı yarımmüdafiəçinin alınmasını istəyib. Portuqaliya klubu qış transfer pəncərəsində mərakeşli oyunçunun keçidini reallaşdırmağa çalışacaq.
Dias Madrid klubuna 2019-cu ilin əvvəlində “Mançester Siti”dən keçib. O, cari mövsümdə “Real”ın heyətində 11 matçda oynayıb, 1 qol vurub və 2 dəfə assist edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью