“Real”dan əzəli rəqibinə təbrik Foto

30.11.2024

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Real Madrid” “Barselona”nı 125 illik yubileyi münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, İspaniya klubu bu barədə “X” hesabında paylaşım edib.

“125 illik yubileyiniz mübarək, “Barselona”! Tariximiz boyu sizin kimi böyük rəqiblə rəqabət aparmaq “Real Madrid” üçün böyük şərəfdir”, - Madrid klubunun paylaşımında qeyd olunub.

Xatırladaq ki, noyabrın 29-u Kataloniya klubunun yaranmasının ildönümü idi.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью