“Real”dan forma nömrəsi sürprizi

10.08.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyanın “Real” (Madrid) klubu 2026/2027-ci illər mövsümü üçün futbolçularının forma nömrələrini təqdim edib.

Futbolpress.az xəbər verir ki, “Kral klubu”nun yeni transferlərinin seçdiyi nömrələr azarkeşlərin xüsusi marağına səbəb olub.

Komandanın yeni oyunçularından Yan Diomande “25”, Bernardo Silva “20”, Mark Kukurelya “17”, Denzel Dümfris “24”, İbrahima Konate isə “16” nömrəli formanı geyinəcək.

Bununla yanaşı, heyətdəki bəzi müdafiəçilərin nömrələrində də dəyişiklik baş verib. Dani Karvahalın gedişindən sonra Raul Asensio “2” nömrəsini götürüb. Klubdan ayrılan David Alabanı əvəzləyən Din Heysen isə “4” nömrəli formada mübarizə aparacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью