“Real”dan KDÇ ilə bağlı təklif İki ildən bir keçirilsin | Icma.az
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Real Madrid” klublararası dünya çempionatının hər iki ildən bir keçirilməsini təklif edib.
“Qafqazinfo” “The Guardian”a istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi FIFA ilə apardığı danışıqlar zamanı bu ideyanı gündəmə gətirib.
Klub bildirib ki, ötən turnirdə satılan bütün biletlərin 25 faizi məhz “Real” azarkeşləri tərəfindən alınıb.
Bu da turnirin iqtisadi potensialının artırılması baxımından önəmli amil kimi dəyərləndirilir.
FIFA isə hələlik çempionatın tez-tez keçirilməsi ideyasını gündəmə gətirməyi planlaşdırmır.
Xatırladaq ki, “Real” turnirin yarımfinalında PSJ-yə 0:4 hesabı ilə məğlub olub.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu