Realdan Mbappenin zədəsi ilə bağlı AÇIQLAMA

12.12.2024

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

"Real" futbolçusu Kilian Mbappenin zədəsi ilə bağlı açıqlama yayıb.
Bizim.Media İspaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün 25 yaşlı fransalı hücumçu tibbi müayinədən keçib.
 

Ona sol bud nahiyəsindən zədə diaqnozu qoyulub. Futbolçunun 1-2 həftə yaşıl meydanlardan uzaq olacağı gözlənilir.


Qeyd edək ki, Kilian Mbappe Çempionlar Liqası çərçivəsində keçirilən "Atalanta" - "Real" matçının (2:3) 36-cı dəqiqəsində zədə səbəbindən əvəzlənmişdi. O, həmin görüşün 10-cu dəqiqəsində qolla fərqlənmişdi.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью