“Real”dan Modriçə təklif

08.08.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Real”ın prezidenti Florentino Peres klubun keçmiş futbolçusu Luka Modriçlə görüşüb və ona gələcəkdə gənclərdən ibarət komandada baş məşqçi işləməyi təklif edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Defensa Central” məlumat yayıb.

“Kral klubu”nun rəhbəri Modriçi yenidən öz aralarında görməkdən məmnun olacağını bildirib.

Qeyd edək ki, daha əvvəl “Real”da çıxış etmiş futbolçulardan Raul Qonsales, Arbeloa və əsas komandanın hazırkı baş məşqçisi Xabi Alonso da klubun gənclərdən ibarət komandasında işləyiblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью