“Real”dan UEFA ya şok müraciət: “Barselona”nın titulları əlindən alınsın

15.07.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

“Real” rəhbərliyi UEFA-ya “Barselona” ilə bağlı rəsmi müraciət ünvanlayıb.

Apasport.az xəbər verir ki, Madrid təmsilçisi İspaniya hakimlər texniki komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyranın fəaliyyəti dövründə “Barselona”nın qazandığı bütün titulların ləğv edilməsini istəyib.

Neqreyra 2001–2018-ci illərdə İspaniya Hakimlər Texniki Komitəsində rəhbər vəzifədə çalışıb. Həmin müddətdə Kataloniya klubu 30-dan çox titul, o cümlədən 9 La Liqa çempionluğu və 4 UEFA Çempionlar liqası kuboku qazanıb.

Xatırladaq ki, 2023-cü ildə “Barselona”ya korrupsiya ittihamı irəli sürülmüşdü. İspaniya mətbuatının məlumatına görə, klub 2001–2018-ci illərdə Neqreyraya müxtəlif şirkətlər vasitəsilə ödənişlər edib.

“Lids”dən 40 milyon avroluq transfer – Bosniyalı futbolçu Premyer Liqada Qrinvud rəsmən "Fənərbaxça"da - İstanbul nəhəngindən böyük transfer “Fənərbaxça” Avstriya toplanışını qələbə ilə başa vurdu “Yunayted”dən yeni transfer - RƏSMİ "Yunayted"dən qapıçı transferi - RƏSMİ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью