“Real”dan Vinisiusa “ultimatum”

31.07.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Real Madrid” braziliyalı ulduzu Vinisius Juniorla yeni müqavilə barədə danışıqlarını dayandırıb və futbolçuya son şərtini irəli sürüb.

Futbolpress.az xəbər verir ki, tərəflər aylardır davam edən böhranı həll edə bilmir. Vinisiusun klubla hazırkı müqaviləsi 2026/27 mövsümünün sonunda bitir və bu müddətdən sonra o, azad agent statusu qazanmaq imkanı əldə edəcək.

Madrid təmsilçisi məsələni qısa zamanda həll etmək istəyir. Braziliyalı hücumçu yeni müqaviləyə imza atmasa, növbəti yay komandadan pulsuz ayrıla bilər. Bu isə “Transfermarkt” portalına görə dəyəri 140 milyon avro olaraq qiymətləndirilən futbolçunu itirmək riskini yaradır.

“MARCA” nəşrinin məlumatına görə, “Kral klubu” danışıqlar mərhələsini başa vurub və “qəbul, ya da imtina et” prinsipini seçib. Kluba yaxın mənbələr bildirir ki, Madrid təmsilçisi ulduz futbolçuya son şərtlərini irəli sürüb və rəhbərlik maaş artımı ilə bağlı yenə güzəştə getməyəcək.

ESPN-nin verdiyi xəbərə əsasən, hazırda vergilər çıxılmaqla illik 17 milyon avro qazanan 26 yaşlı vingerə 20 milyon avro təklif olunub, lakin Vinisius əlavə bonuslarla birlikdə bu məbləğin 30 milyon avroya çatdırılmasını tələb edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью