“Real”ı məğlub və göz yaşları içində

20.07.2025

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Luka Modriç “Real”ın heyətində sonuncu oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, Madrid təmsilçisi Klublararası Dünya Çempionatının yarımfinalında PSJ -yə uduzub (0:4). Modriç 64-cü dəqiqədə Cud Bellingemin əvəzinə meydana çıxıb. Bu da xorvatiyalı yarımmüdafiəçinin “Real”da sonuncu oyunu olub.
Modriç meydanda və azarkeşlərlə vidalaşarkən göz yaşlarını saxlaya bilməyib.
Daha əvvəl 39 yaşlı futbolçunun turnirdən sonra Madrid klubundan ayrılacağı açıqlanmışdı. Modriç komandada 2012-ci ildən oynayırdı. O, klubda keçirdiyi 13 il ərzində 6 Çempionlar kuboku da daxil olmaqla 28 titul qazanıb. Lukanın karyerasını “Milan”da davam etdirəcəyi barədə xəbərlər yayılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью