Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Real”ın futbolçusu Federiko Valverde komanda ilə məşqlərə qoşulub.
Futbolpress.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Valverde ötən həftə komanda yoldaşı Orelyen Çuameni ilə dava etdikdən sonra başından xəsarət almış və xəstəxanaya aparılmışdı.
Valverde bu mövsüm 48 oyunda 9 qol vurub, 13 məhsuldar ötürmə edib.