Realın 19 yaşlı futbolçusu karyerasını BİTİRDİ

16.11.2024

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Real"ın 19 yaşlı oyunçusu Mark Kukalon karyerasını başa vurub.
Bizim.Media xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb.
Buna səbəb futbolçunun zədələri olub. Onun çarpaz bağının qopmasından əməliyyat olunduğu zaman oynaq qığırdaqlarına bakteriya düşüb. Bu isə bəzi nadir fəsadlarla yekunlaşıb.
Nəticədə Kukalon zədəsindən tam bərpa ola bilmir. O, həkimlərin tövsiyəsindən sonra karyerasını bitirməyə qərar verib.
Qeyd olunur ki, "Real" Mark Kukalonun müalicəsini tam ödəyəcək.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью