“Real”ın 6 ayda gəliri yarım milyard avro olub

25.03.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Real" 2024/25 mövsümünün ilk altı ayında 600 milyon avroya yaxın gəlir əldə edib. Sport24.az xəbər verir ki, bu barədə AS "Kral klubu"nun aralıq maliyyə hesabatına istinadən məlumat yayıb.

2024-cü ilin iyul-dekabr aylarında klubun ümumi gəliri 589,8 milyon avro təşkil edib. Bu göstərici ötən mövsümün eyni dövrü ilə müqayisədə 27,9% çoxdur.

Qeyd olunur ki, "Real" bu mövsümü rekord gəlirlə başa vuracaq. 2023/24 mövsümünün sonunda Qalaktikos 1 milyarddan çox qazanan dünyada ilk olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью